Minimum istehlak səbəti
Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyən edilməsi üçün, ilk növbədə, minimum istehlak səbətinin tərkibinin formalaşdırılmasına ehtiyac vardır. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir.
Adıçəkilən qanuna əsasən, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.
Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
1) ərzaq mallarının minimum toplusu;
2) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
3) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).
Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir.
"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir:
Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi
1. Ərzaq məhsulları (kq-la illik)
2. Qeyri-ərzaq malları
3.